17 C
Baku
Saturday, May 18, 2024

Türkiyə Mərkəzi Bankı faiz dərəcələrinə toxunmadı

Türkiyə yüksək inflyasiya şəraitində birrəqəmli faiz dərəcələrini sabit saxlamaqda davam edir.

Türkiyə Mərkəzi Bankının Pul komitəsi növbəti dəfə bir həftəlik repo faizini (uçot faiz dərəcəsini) 8.5%-də sabit saxlamaqla üçüncü aydır ki, gözləmə mövqeyinə çəkilmiş oldu.

Sonuncu faiz artımı yanvar iclasında olub və faizlər 9.0%-dən 8.5%-ə çəkilib.

2023-cü ilin martında ölkədə orta illik inflyasiya 50.51% təşkil edib.

Qeyd edək ki, TCMB 2021-ci ilin sentyabrından başlayaraq yüksək inflyasiyaya rəğmən iqtisadiyyatı “stimullaşdırma” və eləcə də “yüksək faiz, yüksək inflyasiya” adı ilə uçot faiz dərəcəsini 19%-dən aşağı salıb. Lakin bu milli valyuta lirənin kursu üçün olduqca baha başa gəlib.

USD/TRY cütlüyünün məzənnəsi 2021-ci ilin sentyabrından bu tərəfə 8 lirə səviyyəsindən 19.5 lirə səviyyəsinə qədər artıb. Lirə iri iqtisadiyyatların valyutalarında Argentina pesosu ilə ən çox uculaşma ilə üzləşən valyutadır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər