Türkiyə Mərkəzi Bankı bank əmanətçilərinin əmanətlərini xarici valyutaya köçürməkdən çəkindirmək və aqressiv faiz artımı dövrü başa çatdıqdan sonra türk lirəsinə təzyiqi azaltmaq üçün yeni tədbirlər görüb. Son 12 ayda dollar/türk lirəsinin məzənnəsi 60%-dən çox artıb.
Türkiyə Mərkəzi Bankı kommersiya banklarının xarici valyutada depozit saxlamasını bahalaşdırıb. Eyni zamanda, tənzimləyici hökumətin milli valyutanın dəyərini dəstəkləmək üçün qəbul etdiyi qənaət proqramının bir hissəsi olan xarici valyuta ilə əlaqəli lirə hesabları üçün ehtiyat tələblərini yumşaldıb.
Müddəti altı ayadək olan valyuta mühafizəsi ilə bank əmanətləri üzrə tələb olunan ehtiyat normaları 30%-dən 25%-ə endiriləcək. Türk lirəsində açılan xarici valyuta depozitləri/iştirak fondları üçün əlavə məcburi ehtiyat norması 4%-dən 8%-ə qaldırılacaq, tənzimləyici bildirib. Bu tədbirlər sayəsində Türkiyə Mərkəzi Bankı əhali vəsaitlərinin türk lirəsi ilə depozitlərə axınının stimullaşdırılmasını, həmçinin kəmiyyət sərtləşdirmə prosesini davam etdirəcəyini gözləyir.
“QNB Finansbank”ın iqtisadçılarının fikrincə, bu tədbirlər bir-birini qismən kompensasiya edəcək və xalis effekt maliyyə sistemindən bəzi izafi likvidliyin çıxarılmasına gətirib çıxaracaq.
2021-ci ildə Türkiyə lirə əmanətlərini amortizasiyaya qarşı kompensasiya edən valyuta ilə qorunan əmanət proqramı tətbiq edib. Bu mexanizmə əsasən, əmanətçilər lirə hesabları üzrə faizləri aşan məzənnə dəyişikliyindən dəyən hər hansı itkilərə görə dövlət zəmanəti ilə kompensasiya almaqla məzənnə dəyişikliklərindən hedcinq edə bilərlər.
Keçən həftə Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 20 ildən çox müddətdə yeni ən yüksək səviyyəyə qaldırıb — illik 42.5%-dən 45%-ə qədər. Əvvəlki maksimum göstərici 21 il əvvəl – 2002-ci il dekabrın əvvəlində qeydə alınıb və 46% olub.
İyun ayında monetar sərtləşdirmə dövrü başlayandan bəri Türkiyənin uçot faiz dərəcəsi 5 dəfədən bir qədər çox artıb. Tənzimləyici Hafize Qaye Erkan Türkiyə Mərkəzi Bankının sədri təyin edildikdən sonra uçot dərəcəsini artırmağa başlayıb.
İlk dərəcə artımı 2023-cü ilin iyun ayında baş verib – illik 8.5% -dən 15%-ə qədər, baxmayaraq ki, bundan əvvəl, iki ildən artıqdır ki, tənzimləyici inflyasiyanın sürətlənməsinə baxmayaraq, faizi artırmaqdan imtina edib. Ümumilikdə, Hafizə Qaye Erkanın Mərkəzi Banka rəhbər təyin olunmasından sonra Türkiyədə faiz 8 dəfə qaldırılıb.
Beynəlxalq “Forex” bazarında yanvarın 11-də ABŞ dollarının türk lirəsinə (USD/TRY) məzənnəsi tarixi maksimuma çatıb. Valyuta ilk dəfə bir dollar üçün 30 lirəni keçib. Yanvarın 26-da keçirilən hərracda dollar lirə qarşısında yeni zirvəyə qalxıb – USD/TRY cütü 30.6496 lirə səviyyəsinə çatıb.