10 C
Baku
Thursday, December 12, 2024

Türkiyə prezidenti Afrika ölkələrinə səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi Afrika ölkələrinə səfərə yola düşəcək.

Bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, R.T.Ərdoğan fevralın 20-23 tarixlərində Konqo Demokratik Respublikası, Seneqal və Qvineya-Bisauya səfər edəcək. Gündəlikdə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinin vəziyyəti və perspektivləri olacaq.

Türkiyə prezidenti Seneqalın paytaxtı Dakara səfəri çərçivəsində türk şirkəti tərəfindən inşa edilən 50 min tamaşaçı tutumlu Olimpiya Stadionunun açılışında iştirak edəcək. Bundan əlavəd, Dakarda Türkiyə səfirliyinin yeni binasının açılışı baş tutacaq.

 

 

Son xəbərlər
Digər xəbərlər