5 C
Baku
Saturday, December 14, 2024

Türkiyə Ukraynadan gələn turist itkisini kompensasiya etməyə çalışacaq

Türkiyə turizm bazarı Ukraynadan gələn turist itkisini Polşadan gələn qonaqların axını ilə kompensasiya etmək niyyətindədir. 

Bu barədə “Ekonomim” qəzeti yazıb.

Qeyd olunub ki, dörd il ərzində Türkiyəyə gələn polşalı turistlərin sayı iki dəfə artaraq 1,5 milyon nəfəri keçib. Eyni zamanda, ukraynalıların axını 2 milyondan 800 minə qədər azalıb.

“Gözlənilir ki, bu il erkən rezervasiya ilə seçilən polşalı turistlərin sayı ən azı 25% artacaq”, – nəşr qeyd edir.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin rəsmi məlumatları göstərir ki, 2023-cü ildə ukraynalı qonaqların sayı 67,21% azalıb, Polşadan turist axını isə 94,15% artıb.

“Keçən il təxminən 840 min ukraynalı Türkiyədə istirahət edib, 1 milyon 540 min polşalı turist. 2024-cü ilin birinci rübündə Ukraynadan turist axını ötən ilki göstərici ilə müqayisədə 7% artaraq 135 minə, Polşadan isə 37,18% artaraq 70 minə çatıb”, – nəşrəaydınlıq gətirir.

Aralıq dənizi mehmanxanaçıları və turoperatorları assosiasiyasının rəhbəri Kaan Kavaloğlu qeyd edib ki, Polşa bazarı Ukraynaya görə dəymiş itkiləri xeyli ödəyib. Onun proqnozlarına görə, 2024-cü ildə 1,25 milyondan çox polyak Antalyaya səfər edəcək.

Son xəbərlər
Digər xəbərlər