“Türkiyə ABŞ-da bütün tərəfləri daxili siyasi böhranı qət etmək və çözmək üçün soyuqqanlı və məntiqli davranmağa çağırır”.
Bunu Türkiyə Xarici İşlər Nazirliyi yaydığı bəyanatında bildirib.
Qeyd olunub ki, Türkiyə ABŞ-da Prezident seçkilərindən sonra yaşananları və bu gün Konqres binasına nümayişçilərin daxil olmasına qədər bütün prosesləri narahatlıqla izləyir.
Türkiyə ABŞ-dakı vətəndaşlarına izdihamlı və etiraz aksiyaları keçirilən məkanlardan uzaq durmağı tövsiyə edib.