“Hazırda Türkiyədə Azərbaycan kapitallı 2 minə yaxın şirkət fəaliyyət göstərir. Azərbaycanlı iş adamları bu baxımdan Qafqaz və Mərkəzi Asiya ölkələrindən olan iş adamları arasında liderdir”.
Bunu Baş Nazir Əli Əsədov Ankarada keçirilən Türkiyə-Azərbaycan iş adamları forumunda bildirib.
“Azərbaycan və Türkiyə arasında əməkdaşlığın bütün sahələrdə inkişafına yeni təkan verilib. İki ölkə arasında ticarət dövriyyəsinin, sərmayə qoyuluşunun, turist səfərlərinin artmasına, xalqların bir-biri ilə daha da yaxınlaşmasına imkan yaranacaq”, – o qeyd edib.