17 C
Baku
Thursday, May 2, 2024

Türkiyədə baş verən zəlzələ əmlak bazarına təsir göstərəcəkmi?

Türkiyədə baş verən zəlzələ yalnız qardaş ölkənin deyil, Azərbaycanın da tikinti sektoruna təsir edib. Çoxmərtəbəli binalarla bağlı müxtəlif fikirlər yayılmaqdadır.

Bəs görəsən, təbii fəlakət evlərin qiymətinə təsir göstərəcəkmi?

Ekspertlər hesab edirlər ki, zəlzələ səbəbindən əmlak bazarında bir müddət durğunluq yaşanacaq. İnsanlar gözləmə mövqeyində qalacaqlar.

Əmlak eksperti Nüsrət İbrahimovun sözlərinə görə, dövlət qurumlarının tikintiyə nəzarəti, norma və standartları daha da sərtləşdirməsi səbəbindən qiymətlər artacaq.

Əmlak eksperti Ramil Osmanlı isə çoxmənzilli binalara marağın azalacağını qeyd edib.

“Bu, kütləvi bir tendensiya olmadığına görə psixoloji faktorlar aradan qalxdıqdan sonra başa çatacaq. Amma bu dövrdə həyət evlərinə tələbat arta və qiymət bahalaşmasına səbəb ola bilər”, – deyə R.Osmanlı əlavə edib.

MənbəOxu.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər