Türkiyədə COVID-19-a yoluxanların sayı noyabrın 24-dən bəri maksimuma çatıb.
Banker.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, Türkiyədə 26 099 yeni yoluxma halı qeydə alınıb, onlardan 157 nəfəri ölüb.
İdarənin rəhbəri Fəhrəddin Hoca yoluxmaların 10%-nin “omikron” ştamına düşdüyünü açıqlayıb.
Bununla əlaqədar olaraq, Hoca buster dozaların vurulmasının əhəmiyyətini vurğulayıb.