20 C
Baku
Friday, May 3, 2024

Türkiyədə qaz qovşağının yaradılmasına dair yol xəritəsi razılaşdırılır

Rusiyanın Türkiyədə qaz qovşağının yaradılmasında iştirakına dair yol xəritəsi razılaşdırılır və yaxın vaxtlarda konkret razılıq əldə oluna bilər.

Bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiya və Türkiyə arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yekunlarına dair “Rossiya-24” telekanalına müsahibəsində deyib.

“Hazırda yol xəritəsi razılaşdırılır, Türkiyə nümayəndə heyəti “Qazprom”un bu sahədəki təklifi ilə tanış olmaq üçün Sankt-Peterburqa gəlməyi planlaşdırır. Əminəm ki, yaxın vaxtlarda bu layihənin praktiki həyata keçirilməsi ilə bağlı razılaşmalar əldə olunacaq” – o bildirib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər