13 C
Baku
Saturday, May 4, 2024

“Twitter” adını dəyişir

“Twitter”in rəhbəri İlon Mask bildirib ki, sosial şəbəkənin adı dəyişəcək və rəsmi olaraq “X” olacaq.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Gözlənilən dəyişiklik barəsində “T(w)itter Daily News hesabı” yazıb. Onun məlumatlarını şərh edən cənab Mask belə cavab verib: “Doğrudur”. O, təfərrüatları açıqlamayıb.

Aprel ayında “Twitter”in “X Corp” tərəfindən alındığı məlum olub. Hər iki şirkətin sahibi İlon Maskdır, lakin birləşmənin dəqiq nə zaman baş verdiyi məlum deyil. Həmin ay sahibkar süni intellekt sahəsində çalışacaq “X.AI” şirkətini yaradıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər