Ukrayna Nazirlər Kabineti Belarusla daxili gəmiçiliklə bağlı müqaviləni pozub.
Bu barədə “RBC-Ukrayna” Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melniçuka istinadən məlumat yayıb.
Belarus hökuməti ilə daxili su yollarında naviqasiya haqqında saziş denonsasiya olunub.
Qeyd edək ki, 1998-ci ildə imzalanan bu sənəd Ukrayna ilə Belarus limanları arasında sərnişinlərin və yüklərin daşınmasına, həmçinin hər iki ölkənin daxili su yolları vasitəsilə tranzit daşımalara icazə verib.