Ukrayna 2019-cu ilin yanvar-may aylarında neft və neft xammalı idxalını 2018-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 29,1% – 269,429 min tonadək azaldıb.
Ukrayna Dövlət Fiskal Xidmətinin məlumatına görə, 138,115 mln. dollar məbləğində neft idxal olunub ki, bu da 2018-ci ilin yanvar-may ayları ilə müqayisədə 32,8% azdır.
Azərbaycandan 135,679 mln. dollar (pay 98,24%), Latviyadan 2,321 mln. dollar (1,68%), Macarıstandan 0,082 mln. dollar (0,06%), digər ölkələrdən 0,033 mln. dollar (0,02%) dəyərində xammal idxal edilib.
Yanvar-may aylarında Ukrayna neft və neft xammalı ixrac etməyib.
İnterfax Azərbaycan