2 C
Baku
Saturday, December 14, 2024

Upsell satış texnikası necə işləyir?

Upsell – biznesin effektivliyini artırmaq üçün özünəməxsus satış texnologiyasıdır. Bəlkə siz dükana sadəcə uşaq bezi almağa gələn kişinin, qayıdanda bir avtomobil dolu alış-veriş etməsi ilə bağlı lətifəni eşitmisiniz. Bu texnologiyanın mahiyyəti ondan ibarətdir ki, alınmış məhsulun qiymətinin ödənməsi anında, artıq pulları əlində hazır tutan alıcıya, kifayət qədər az pul ödəmək müqabilində ilkin alış-verişdən əlavə başqa bir faydalı məhsul almağı təklif edirlər. Sadə dillə desək, bu zaman alıcıya fərqli bir “yaxşılıq” təklif olunur və əgər təklif məntiqi şəkildə edilərsə, onda ilkin alış-veriş sayəsində eyforiya hissində olan həmin alıcı bu “yaxşılığı” alacaqdır. 

Upsell –terminin izahı belə onu göstərir ki. Bu məhsulun öz qiymətindən baha satılması deməkdir. bu satış texnologiyası artıq uzun müddətdir ki, böyük miqdarda sürətli (ayaqüstü qidalanma” restoranlarında yayılıb, məsələn hamımıza yaxşı tanış olan Makdonalds. Siz hamburqer və fri-kartofları alır və bu yeməklərin yanında müxtəlif sous və s əldə edirsiniz.

Həmçinin bu texnologiya elektron ticarət sektorunda da geniş istifadə olunur. İstənilən bir informasiya məhsulunun ödəniş formasında sizə əlavə bir məhsul təklif edə bilərlər, bunu ya bonus kimi sizə verir, ya da ondan ötrü azacıq ödəniş etməyini tələb edirlər. Upsell, bir qayda olaraq, özündə həm də pulsuz, havayı verilən məhsulları da nəzərdə tutur, bunlar sizə aldığınız məhsulun üzərində verilir. Bəzən Upsell ilkin nəzərdə tutulduğundan tamamı ilə fərqli mənalarda işlənir.

Belə halda sizə Upsell –məhsul aldığınız təqdirdə, sizə əsas məhsulla bağlı endirim təklif olunur. Məsələn siz geyim dükanında hər hansı bir köynəyi bəyənirsiniz. Onu 30% endirimlə almaq şansınız var, lakin bundan ötrü siz mütləq öncə hər hansı bir upcell-də olan ətək almalısınız. İstənilən halda bu texnologiyanın hansı üsulla reallaşmasından asılı olmayaraq, o sizə daha effektiv ticarət etmək imkanı verir, bu zaman satışlar təqribən 20% yüksəlir.

Son xəbərlər
Digər xəbərlər