12 C
Baku
Wednesday, April 24, 2024

Uşaq əmanəti nə üçündür? Hansı banklar verir? (SİYAHI)

Uşaq əmanətləri vasitəsilə siz övladınızın gələcəyi üçün yatırım etməklə təhsil, ev, səyahət və digər xərclərinin qarşılanması üçün mühüm əhəmiyyət kəsb edəcək bank məhsulu kimi qalmaqdadır. Həmçinin əmanət yatırımı etməklə bankın təklif etdiyi faizlər hər ay sizin depozitinizə əlavə olunacaqdır. Bundan əlavə istəyinizdən asılı olaraq hər ay depozitinizə artım da edə bilərsiniz.

Lakin, Azərbaycanda fəaliyyət göstərən banklardan çox az qismi uşaq əmanəti ilə bağlı məhsullar bazara təqdim edir. Banker.az tərəfindən tərtib edilən siyahıda yalnız 5 kommersiya bankının bu növ depozitlərin müştərilərə təqdim edilməsində maraqlıdır. Bildiyimiz kimi bu depozitlərin digərləri kimi 3-4 il üzrə deyil 18 müddətə yatırım edilir.

İlk öncə uşaq əmanəti nə üçündür? 

Uşaq yığım əmanəti (depozit) — valideyn (qəyyum tərəfindən) və eləcə də yaxın qohum tərəfindən uşağın xeyrinə açıla bilər. Əmanət daxil edən şəxs uşağın əmanətə olan hüquqlarının təqdim olunması anına qədər əmanət qoyanın bütün hüquqlarına malik olur. Bəzi hallarda, yetkinlik yaşına çatmayan şəxs 14 yaşından öz hüquqlarına sahib olur. Bir qayda olaraq banklar 14 yaşdan 18 yaşadək uşaqlar üçün depozit üzrə əməliyyatlar keçirmələrinə məhdudiyyət qoyurlar və onları ancaq valideyn yaxud digər qanuni nümayəndə tərəfindən verilən yazılı icazə (etibarnamə) olduqdan sonra yerinə yetirirlər. Hətta Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.7 bəndində də buna aid qeyd vardır ki, ər-arvadın ayrılması (boşanma) bu ortaq mülk deyil, həmin əmanətin aid olduğu uşağın kapitalı sayılır.

Bu hesabı açmaq üçün tələb olunan sənədlər valideynin(və ya qohumun) şəxsiyyət vəsiqəsi və uşağın doğum haqqında şəhadətnaməsidir.

Hansı valyutalarda yatırım mümkündür?

Hazırda ölkədəki bu növ məhsulları təqdim edən 5 bankdan hər biri  azıdan milli valyuta (manat) ilə yanaşı, ABŞ dollarında (USD) əmanət qəbulunu həyata keçirirlər. Digər iki bankda isə avroda (EUR) da uşaq əmanətinin qəbulu həyata keçirilə bilir.

Bildirməliyik ki, illik faiz dərəcəsi xarici valyutada 3%-ə qədər və milli valyutada 15%-ə qədər olduqda əmanət ADİF tərəfindən  tam sığortalanır.

Ən yüksək faizlə uşaq əmanəti kimlər qəbul edir?

Uşaq əmanətini müştəri üçün ən sərfəli qiymətə təqdim edən bankları valyutalara görə ayıra bilərik. Məsələn, “Turan Bank” ASC bu əmanəti manatda (AZN) ən sərfəli qəbul edən bankdır – illik 11%. “AGBank” və “NBC Bank” ABŞ dollarında (eləcə də avroda) əmanəti daha yüksək faiz ödənişi ilə təqdim edirlər – 2,5%.

3244233

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər