“Pandemiya hələ bitməyib, amma hava düzəlib, buna görə daha optimistik, Amma hamıdan xahiş edirəm, özümüzü qorumağı unutmayaq”. Bunu Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
O bildirib ki, sentyabr və oktyabrda “Delta” ştammı ilə bağlı qorunma tədbirlərinə davam edilməlidir: “Peyvəndlərdən mütləq şəkildə istifadə etməliyik. Peyvəndlər təsirli və təhlükəsizdir”.