12 C
Baku
Friday, March 29, 2024

Venesuela pul tapmır: yerli valyuta əvəzi yumurtadan istifadə edir

Venesuelada davam edən hiperinflyasiya səbəbindən sakinlər alış-veriş zamanı toyuq yumurtaları ilə ödəmə həyata keçirir.

Ölkədə bir neçə həftədən bir bahalaşma qeydə alınır və hökumət yeni pullar çap etdirməyi çatdırmır.

Qeyd olunur ki, “qara bazar”da bir dollar 236 min bolivara bərabərdir. Ötən illə müqayisədə bu göstərici 80 dəfə çoxdur. 2013-cü ildə bu qiymətə Venesuelada kiçik mənzil almaq olardısa, indi bu məbləğ nahar üçün kifayət etmir.

Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, ilin sonunadək Venesuelada inflyasiya 13 min faizədək çatacaq, ümumi daxili məhsul isə 15 faiz azalacaq.

Son xəbərlər
Digər xəbərlər