Vergilər Nazirliyi ilə ” Maxmedia” MMC ilə müqavilə imzalayıb.
Banker.az xəbər verir ki, müqavilədə video qrafika, video çarxların hazırlanması, reklamların internetdə yerləşdirilməsi, bukletlərin dizaynı, bukletlərin dizaynına düzəlişlərin edilməsi, tədbirlərin keçirilməsi, açıq havada reklamların yerləşdirilməsi üçün dizayn, təbrik açıqcalarının dizaynı və fərdiləşdirmə işlərinin satın alınmasının nəzərdə tutulur.
Müqavilənin məbləği 914 min 240 manatdır.
Bildirək ki, “Maxmedia” MMC reklam agentliyidir.