2 C
Baku
Saturday, December 14, 2024

Visa və Mastercard xakerlərin sındırdığı 200 min ödəniş kartı haqqında məlumat verib

Banker.az xəbər verir ki, ABŞ-ın Equifax kredit tarixçəsi bürosuna bu yaxınlarda edilən xaker hücumu nəticəsində 200 mindən çox Visa və Mastercard ödəniş kartlarının gizli məlumatları oğurlanıb.

İndi Visa və Mastercard şirkətləti ABŞ maliyyə təşkilatlarına gizli xəbərdarlıqlar göndərərək sındırılmış ödəniş kartları barədə xəbərdarlıq edirlər.

Visa şirkəti kiber hücumun 10 noyabr 2016-cı il – 6 iyul 2017-ci il dövründə baş verdiyini iddia etsə də, Equifax onların sisteminə hücumun may ayının ortalarında edildiyini bildirir. Beləliklə, kiber cinayətkarlar kart hesablarının nömrələrini, kartların istifadə müddətlərini və kart sahiblərinin adlarını ələ keçirə bilmişlər ki, bu da internetdə icazəsiz alış-veriş etməyə kifayət edir.

Equifax şirkəti ilk dəfə sistemlərinin 7 sentyabrda sındırılması barədə məlumat vermişdi. Bu zaman xakerlər agentliyin saytında boşluqdan yararlanaraq ABŞ-da təqribən 143 milyon istifadəçinin məlumatını oğurlamışdı.

O andan etibarən şirkət kiber hücumlar və onlara qarşı lazımi reaksiyanın verilməməsi ilə bağlı çox sayda tənqidlərə məruz qalıb.

Son xəbərlər
Digər xəbərlər