5 C
Baku
Saturday, December 14, 2024

“Volkswagen” yenilənmiş “Touareg”i təqdim edib – Fotolar

“Volkswagen” şirkəti yenilənmiş “Touareg” krossoverini təqdim edib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir. Zahirən avtomobili əvvəlki modeldən yeni bamper dizaynı ilə fərqləndirmək olar.

“Touareg 2024” modelində optikaya xüsusi diqqət yetirilib. Krossover hər biri üç moduldan ibarət yüksək dəqiqlikli matrisli LED faralar alıb. Şirkət qeyd edir ki, bu, “dünyanın ən yaxşı işıqlandırma sistemlərindən biridir”.

babafd5080e61a0a7ebedae21aa34c49212e62ad

5f83b1ec692584610ecf6f7af305ba98b16316c9

e0f2eaabf0db04a0cffae2c4ca8db6ac01021759

5326512d15921185400c8adb9bb4c1faffdb4e4c

Daha bir nou-hau damdakı yükü ölçən sensordur. O, stabilizasiya sisteminin həddi və müdaxilə dərəcəsini dəyişdirməyə imkan verən köməkçi elektronika ilə şəbəkələnir.

Salonda virtual cihazlar paneli və multimedia sisteminin böyük ekranı var ki, bunlar birlikdə vahid rəqəmsal konsolu təşkil edir. Qeyd edilənlərə təkmilləşdirilmiş səs nəzarəti, daha dəqiq naviqasiya, yenidən işlənmiş səs düymələri və 45 Vt doldurma gücünə malik yeni USB-C portları daxildir.

“Touareg 2024″ün benzin, dizel və hibrid versiyaları olacaq. Almaniya bazarı üçün qiymətlər artıq açıqlanıb: 69 200 avrodan 93 870 avroya qədər.

57e794e7d6b11395d812bf8655f613fc7ea7c6d9

195c3af470a83458b8b031a2b5a4a1d0e8c945e1

392fff5982f513b94ab9508b30a8e3af0dd18516

Son xəbərlər
Digər xəbərlər