10 C
Baku
Thursday, December 12, 2024

“WhatsApp Business”in auditoriyası 5 milyon şirkətə yaxınlaşıb

“WhatsApp Business” korporativ messencerinin istifadəçilərinin sayı 5 milyon şirkətə yaxınlaşıb. Həmçinin xidmətdə təqdim edilmiş yeniliklər elan edilib.

“WhatsApp Business” korporativ messencerində şirkət və brendlər öz fəaliyyətlərinin təsvirindən ibarət ayrı-ayrı profillər yarada bilərlər. Messencerin köməyi ilə iş adamları müştərilərlə şəxsən və ya tez-tez verilən sualları cavablandıracaq çat-botlar vasitəsilə ünsiyyət saxlaya bilərlər.

Xidmət avtomatik salamlamanı tənzimləməyə, mesaj statistikasına baxmağa və biznes hesabın iş vaxtını (bu vaxt ərzində istifadəçilər şirkətin nümayəndələrinə yaza bilərlər) göstərməyə imkan verir.

Bundan başqa, “WhatsApp Business”də çat siyahılarının filtrasiyası (qruplar, poçt siyahıları və oxunmamış mesajlar üzrə çeşidləmə imkanı) və sürətli cavablar əlçatan olub.

MənbəICT News
Son xəbərlər
Digər xəbərlər