16 C
Baku
Saturday, April 20, 2024

WhatsApp-da yeni funksiya işə düşüb

Vatsap istifadəçilərə mesaj göndərməzdən əvvəl faylları idarə etmək üçün yeni seçimlər verəcək.

Bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Messencer şəkil, video və ya GIF animasiyası olan mesajın göndərildiyi şəxsləri seçmək və ya statusa məzmun dərc etmək imkanı verəcək. Hazırda bu, yalnız “Kamera” bölməsindən fayl göndərildikdə mümkündür.

Yeni funksiya ilə birlikdə vatsapda media məzmununun seçilməsi üçün xüsusi düymə görünəcək.

Bu funksiya hazırda yalnız Android üçün vatsapın beta versiyasında mövcuddur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər