8 C
Baku
Friday, December 13, 2024

WhatsApp şəxsi məlumatların qorunması üçün ən pis servis seçildi

Banker.az hüquqların qorunması üzrə Electronic Frontier Foundation təşkilatının illik hesabatına istinadən xəbər verir ki, Airbnb, Twitter, Tumblr və WhatsApp istifadəçilərin məlumatlarının dövlətdən qorunması üçün ən pis servislər seçilib.

 

Ekspertlər dövlət ilə qarşılıqlı münasibətlər, dövlət ilə işin şəffaflığı, şəxsi məlumatın üçün tərəfə ötürülməsinə qadağa və NSL-sorğuların qanuniliyinin yoxlanması sahəsində 26 nəhəng internet-şirkətin məlumatlarını təhlil edib. Şirkətlər hər bir kriteriyaya riayət etməyə görə “ulduz” ilə qiymətləndirilirdi ki, maksimum olaraq 5 “ulduz” toplamaq mümkün idi.

Ekspertlər maksimum balı Adobe, Dropbox, Lyft – taksi sifarişi üzrə xidmətə, sayt yaratmat üçün platforma WordPress və Uber xidmətinə verib.

Məlumatların təhlükəsizliyi baxımından ən pis nəticələri isə Airbnb, Twitter, Tumblr və WhatsApp nümayiş etdirib. Ekspertlərin məlumatlarına əsasən, bu şirkətlər dvlət tərəfindən sorğular ilə bağlı istifadəçiləri məlumatlandırmır və onların məlumatlarının üçüncü tərəfə ötürülməyəcəyinə zəmanət vermir.

Son xəbərlər
Digər xəbərlər