15 C
Baku
Tuesday, April 30, 2024

Xəzər dənizindən Aİ-yə qədər “yaşıl enerji” dəhlizinin yaradılması planlaşdırılır

Xəzər dənizindən Avropa İttifaqına (Aİ) qədər “yaşıl enerji” dəhlizinin yaradılması planlaşdırılır.

Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən II Yaşıl Hidrogen Sammitində çıxışı zamanı deyib.

“Hazırda biz Xəzər dənizindən Avropa İttifaqına “yaşıl enerji” dəhlizi yaratmağı planlaşdırırıq. Eyni zamanda, bizi Mərkəzi Asiya ölkələri ilə birləşdirən daha bir mühüm layihəmiz var. Özbəkistan, Qazaxıstan və Azərbaycan daha bir “yaşıl enerji” dəhlizi yaratmaq üçün birləşiblər. Bu layihənin mühüm komponentlərindən biri isə “yaşıl hidrogen”dir”, – o bildirib.

Nazirin sözlərinə görə, hidrogenin bərpa olunan enerjiyə tam keçiddə vacib amilə çevrilməsini təmin etmək üçün hələ çox iş görülməlidir:

“Ölkəmizdə hidrogen enerjisi sahəsinin inkişaf etdirmək məqsədilə gördüyümüz işlərdən də başa düşürük ki, bu sahədə konkret milli strategiyalara ehtiyacımız var. Üstəlik, qanunvericilik bazası, tənzimləmə baxımından dəstək lazımdır və təbii ki, bu sahədə böyük investisiyalara ehtiyacımız var. O da aydındır ki, rəqabətqabiliyyətli istehsala, həmçinin hasilat, saxlama və daşınma üçün böyük infrastruktur lazımdır”.

MənbəREPORT
Son xəbərlər
 ⁠
Digər xəbərlər