6 C
Baku
Saturday, December 14, 2024

“Xəzər-Lada” səhmdarlarına dividend ödəyəcək

2023-ci il mayın 18-də saat 12:00-da Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi 16-cı km ünvanda “Xəzər-Lada” ASC-nin iclas zalında “Xəzər-Lada” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. İllik hesabat

2. Təftiş Komissiyasının illik aktının müzakirəsi

3. Kənar auditorun təsdiq edilməsi

4. Dividendlərin və mükafatların verilməsi.

Səhmdarlardan xahiş edilir ki, yığıncağa şəxsiyyət vəsiqəsilə 30 dəqiqə əvvəl gəlmək lazımdır.

Xatırladaq ki, “Xəzər-Lada” şirkəti 2014-cü ildə yaradılıb, Rusiyanın “Avto-VAZ” şirkətinin istehsal etdiyi avtomobillərin Azərbaycanda satışı ilə məşğuldur. Onun nizamnamə kapitalı 445,8 min manatdır. Şirkətin səhmlərinin 30%-i Aleksandr Nikiforova, 29,8%-i Lyudmila Nazarenkoya, 19,4%-i Fəxrəddin Qasımzadəyə (“Xəzər-Lada”nın hazırkı prezidenti), 12,6%-i Naməddin Qasımzadəyə, 8,2%-i 147 fiziki şəxsə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər