9 C
Baku
Friday, December 13, 2024

Xarizmalı lider olmaq üçün nə lazımdır?

İnsanların çoxu xarizma barəsində  nə isə mistik, təsviri mümkün olmayan bir şey kimi düşünürlər. Onu anadangəlmə bir vergi kimi yaxud vergi verilmədiyi halda bütün həyatınız  boyu sizə tabe olmayan bir şey  kimi qəbul edirlər. Lakin bu belə deyil dostlar.

Xarizma – insanları özünə cəlb etmək qabiliyyətidir. Və onu digər xüsusiyyətlər kimi özünüzdə inkişaf etdirmək mümkündür. Bunun üçün aşağıdakılar vacibdir: 

 Həyatı sevmək. İnsanlar həyatı sevənləri sevirlər. Məsələn düşünün, siz həqiqətən kimlərlə olmaq istərdiz?  Deyingən,  sərt, daim depresiyada olanlarla? Əlbəttə yox. Bizim istəklilərimiz sevinirlər, şikayətlənmirlər.  Onlar həyata tam coşqunluqla yanaşırlar. Əgər siz insanları özünüzə cəlb etmək istəyirsinizsə, özünüz həyatın parlaq olduğunu hiss etməlisiniz.

– Hər adama beş qiymət qoymaq! İnsanlara sizin edəcəyiniz yaxşılıq və eyni zamanda onları özünüzə cəlb edə bilməyiniz üçün,  onlardan yalnız yaxşılıq  gözləməyinizdir.  Siz ətrafdakı insanları qiymətləndirirsizsə, onları müxtəlif  işlərində həvəsləndirirsiz  və onlara potensiallarının reallaşmasına yardım edirsinizsə,  onlar sizi buna görə sevəcəklər.

– İnsanlara ümid vermək. Bizim ən böyük kapitalımız ümiddir. Siz ətrafdakılarınıza bu ən böyük vergini verə biləcək insan ola bilsəniz, onlar sizə doğru can atacaqlar və ömür boyu minnətdar olacaqlar.

– Özünüzlə və öz məziyyətlərinizlə bölüşmək. Həyatda müxtəlif insanlarla birgə addımlayaraq, onlara nəyiniz varsa, verin.  Qoy sizin müdrikliyiniz, sizin ehtiyatlarınız və hansısa bir xüsusi məişət hadisələri onlarda da olsun. Söhbət xarizmadan gedendə, burada ən əsası özünüzü başqa adamın yerinə qoymağı bacarmaq qabiliyyətidir. Əsl xarizma özündən əvvəl ətrafdakıları düşünən və onları nəyin narahat etdiyini düşünən insanlara aiddir.

Xarizmadan söhbət gedəndə, siz özünüzü necə qiymətləndirərdiz? Başqalarında sizə tərəf təbii meyillər müşahidə olunurmu? Siz həqiqətən başqalarının xoşuna gəlirsiz? Əgər yox, bu halda sizdə aşağıdakı bəzi keyfiyyətlərin olması istisna olunmur:
– Qürur. Heç kim özünü dünyada hamıdan yaxşı düşünən insanın yanında olmaq istəməz.
–    – Özünə inamsızlıq. Əgər siz özünüzü təklikdə rahat hiss edə bilmirsinizsə, yanınızada olan başqaları da özlərini belə hiss edəcəklər.
– Qərarsızlıq. Əgər insanlar sizdən heç vaxt nə gözləmək lazım olduğunu  bilməsələr, onlar sizdən heç nə gözləməyəcəklər.
– Həddindən artıq tələbkarlıq. İnsanlar mükəmməlliyə olan səyə hörmət edirlər, lakin  tamamilə real olmayan gözləmələrdən qorxurlar
– Həyasızlıq. İnsanlar ümid işığı əvəzinə qara bulud görənlərlə bir yerdə olmaq istəmirlər.
Beləliklə qəribə xüsusiyyət olan xarizmanın xöşbəxt sahibi olmaq üçün, öz həyatınızda aşağıdakıları qeyd edin:
– Diqqətinizin cəmləşdiyi hədəfi dəyişin. İnsanlarla danışanda, sözlərinizin neçə faizi şəxsən sizdə cəmləşdiyini qeyd edin. Bunu, balansı həmsöhbətinizin xeyrinə etmək üçün edin.
– Birinci təəssüratla məşğul olun. Birinci dəfə kiminlə isə qarşılaşdıqda, yaxşı təəssürat göstərməyə maksimum güc sərf etməyə çalışın. Lakin, yadınıza salıram – kin saxlamadan, yalansız,  oyunsuz!!!  İnsanın maraqları ətrafında cəmləşin, pozitiv olun, və ən əsası ona  əsl beş qiymət qoyduğunuz insan kimi müraciət edin. Əgər siz insanlarla belə unsiyyət aparmağa öyrənsəz, bu sizin nüfuzunuzun artamsına gətirər.
– Başqaları ilə əlinizdə olan hər şeylə bölüşün. Digər insanlarla öz ehtiyatlarınızla bölüşməyə hazır olmağınızı, uzunmüddətli məqsədə çevirin.

Məsələn, ətrafınızda olan beş adamın həyatına bu il necə əlavə dəyər gətirə biləcəyiniz barədə düşünün. Bunu mütləq edin.

Bir dəfə, Vaşinqtonda qadın salonunun sahibəsindən qəbuluna bu qədər varlı və şöhrətli insanları necə cəlb etdiyi barədə  bölüşməsini xahiş edirlər.  O deyir : “Hər şey görüşəndə və vidalaşanda deyilən sözlərdən asılıdır”. Onun evinə qonaq daxil olanda,  o həmişə “nəhayət ki,  gəldiniz” sözləri ilə qarşılayırmış. Evdən hər gedənə isə o həmişə “heyif  ki siz belə tez gedirsiniz” sözlərini deyirmiş. Onun diqqəti hər zaman özündə yox, başqa insanlarda cəmləşir. Elə bu xarizmadır.

Son xəbərlər
Digər xəbərlər