10 C
Baku
Thursday, December 12, 2024

“Xpeng” şirkəti yeni elektron bələdçisini təqdim edib

Çinin elektromobil istehsalçılarından “Xpeng” şirkəti yeni elektron bələdçisi olan “Navigation Guided Pilot” (NGP) sisteminin tətbiqinə başlayıb.

“CNBC” xəbər verir ki, bu gündən “P7” luks sedanlarında da tətbiq edilməyə başlayan NGP internetdən yükləməklə əldə edilir.

“Xpilot 3.0” sürücüyə yardım proqramının tərkib hissəsi olan bu sistem hərəkət zolağını dəyişdirmək, yola və ya yoldan çıxmaq, sürəti artırıb-azaltmaq, ötmə əməliyyatını icra etmək imkanı yaradır.

Qeyd edək ki, “Xpilot 3.0” proqramını Wi-Fi vasitəsilə yükləmək üçün şirkətin özəl “Xmart” əməliyyat sistemi də yaradılmışdı. Bu sistemin son 2.5.0 versiyası “P7”lərin bütün variantları üçün uyğundur.

2014-cü ildə təsis edilən “Xpeng” şirkəti hazırda “G3” elektrik SUV-u və “P7” elektrik sedanı istehsal edir. Şirkətin ilk sərmayədarları arasında “Alibaba” və “Foxconn” da var.

Son xəbərlər
Digər xəbərlər