Yanğın baş verəndə ilk görünən alovdur, amma sahibkarı yandıran əsas zərər alov sönəndən sonra başlayır. Sığortasız müəssisə üçün bu, çox böyük xərclər deməkdir: yanan texnika, xammal, hazır məhsul, təmir və yenidənqurma. Amma daha böyük zərər görünməyən tərəfdədir: itirilmiş müştərilər, gecikən öhdəliklər.
Sığorta yanğının qarşısını almır, amma biznesə vurulan maliyyə zərərini qarşılayır və bərpa prosesini sürətləndirir.
İndi bir sahibkar kimi özünüzə sual verin: yanğın olarsa, siz bu yükü özünüz daşıya biləcəksinizmi? Necə deyərlər, ehtiyat igidin yaraşığıdır. Siz də ehtiyatlı igid olun və biznesinizi adlı-sanlı şirkətdə sığortalayın.







