8 C
Baku
Friday, December 13, 2024

Yapı Kredi Bank Azərbaycanın Yenilənmiş İnternet Bankçılıq Xidməti Artıq İstifadənizdədir!

Müştərilərə göstərilən xidmətin keyfiyyətini daha da yüksəltmək məqsədilə Yapı Kredi Bank Azərbaycan yenilənmiş İnternet Bankçılıqxidmətini istifadəyə vermişdir.

Bu xidmət müştərilərə filiala getmədən, istənilən zaman və dünyanın istənilən nöqtəsindən internet şəbəkəsi vasitəsilə operativ və təhlükəsiz şəkildə bank hesablarını 7/24 rahatlıqla idarə etmək imkanı verir.

Sürətli, asan və güvənli İnternet Bankçılıq xidməti vasitəsilə bir neçə saniyə ərzində:

  • Kart və bank hesablarınız, o cümlədən əmanət və kredit hesablarınız haqqında təfərrüatlı məlumat əldə edə bilər,
  • Worldcard və kredit borclarınızı ödəyə bilər,
  • Bank daxili və bank xarici pul köçürmələri edə bilər,
  • Valyuta alışı və satışı həyata keçirə bilər,
  • Kommunal, mobil və s. borclarınızı ödəyə bilər,
  • Yerli və xarici valyutalarda cari hesab aça bilər,
  • Hesab bildirişlərinizi çap edə bilər və digər üstünlüklərdən yararlana bilərsiniz.

Üstəlik, Ağıllı Asistent xidməti vasitəsilə kredit kartlarınızın hesab bildiriş və son ödəniş tarixi məlumatları, limiti keçdikdə və ya ödəniş edilmədikdə isə xatırlatma mesajları E-poçt ünvanınıza və mobil nömrənizə  avtomatik göndərilir, beləliklə, gecikmədən və əlavə faiz ödəmədən hesablarınızı rahatlıqla idarə edirsiniz.

Yapı Kredi Bank Azərbaycanda bir hesabınız və/və ya Worldcard-ınız varsa bankın istənilən filialına yaxınlaşmaqla dərhal İnternet Bankçılıq xidmətinə heç bir ödəniş etmədən qoşula bilərsiniz.

Ətraflı məlumat almaq üçün həftənin 7 günü, günün 24 saatı Sizin üçün xidmət göstərən *0444 Yapı Kredi Bank Azərbaycan Telefon Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər