2 C
Baku
Saturday, December 14, 2024

“YapıKredi Azərbaycan”nın rəhbərlərindən biri vəzifəsindən gedib

“YapıKredi”nin ölkəmizdəki törəmə bankı “YapıKredi Azərbaycan” QSC-nin Müşahidə Şurası üzvlərindən biri siyahıdan çıxarılıb.

Bu barədə Banker.az-a Banka yaxın mənbə bildirir ki, Niccolo Ubertalli vəzifəsini tərk edib. O, həmçinin “YapıKredi” bankının (Türkiyə) İdarə Heyəti sədrinin müavini və bankın əsas səhmdarı olan İtaliyanın “UniCredit” bankında Avrasiya üzrə regional direktorudur. O, bu “UniCredit”də yeni vəzifəni cari ilin iyununda alıb.

N.Ubertalli vəzifəsini tərk etdikdən sonra MŞ üzvlərinin sayı 5-dən 4-ə enib.

 

Son xəbərlər
Digər xəbərlər