8 C
Baku
Thursday, December 12, 2024

“YapıKredi Bank Azərbaycan”ın səhmdarı “Commerzbank”ı almaq istəyir

İtaliyanın ən böyük bankı olan “UniCredit” Avropada strateji ortaqlıq planı çərçivəsində səhmlərinin 15%-i dövlətə məxsus olan Almaniya “Commerzbank”ını almaq istədiyini bildirib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, hazırda bu iki bankın aktivlərinin toplam həcmi 1,4 trln. avro (1,67 trln. dollar) təşkil edir. Agentlik ortamüddətli perspektivə alqı-satqı əməliyyatının həyata keçiriləcəyini bildirir.

Qeyd edək ki, “UniCredit” 2016-cı ili 891 mlrd. avro (1,06 trln. dollar) məcmu aktivlər və 11,8 mlrd. avro (14 mlrd. dollar) zərərlə yekunlaşdırıb. Ötən il Bank 14 min işçisini ixtisar edib və 900 şöbəsini bağlamaq məcburiyyətində qalıb. “Commerzbank” isə ötən ili 480 mlrd. avro (571 mlrd. dollar) məcmu aktivlər və 1,4 mlrd. avro (1,67 mlrd. dollar) mənfəətlə tamamlayıb.

Son xəbərlər
Digər xəbərlər