Yaponiyanın 2021-ci maliyyə ili aprel ayından başlayaraq növbəti 12 ay ərzində 106.6 trilyon yen ümumi xərcləri nəzərdə tutur.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Bu, keçən ilki göstəricidən 3,8% çoxdur. Əgər əlavə büdcələrin olma ehtimalını nəzərə alsaq, faktiki xərclər bundan çox ola bilər. Qeyd edək ki, onlarda üçü pandemiya şəraitində hazırlanıb, bu da ümumi xərclərə 73 trilyon yen əlavə edib.
İqtisadçılar Yaponiyanın büdcə kəsirinin 2020-ci ildə 12.6%, 2021-ci ildə isə 7.5% olacağını gözləyirlər.