Yaponiya hökuməti koronavirusun sürətlə yayılması səbəbindən 37.2 milyon əhalisi olan Böyük Tokioda fövqəladə vəziyyət elan edib.
Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.
Bundan əlavə, bu gün Tokioda yanvarın 8-dən fevralın 7-ə qədər karantin məhdudiyyətlərinin sərtləşdirilməsi açıqlana bilər.
Mətbuatda yer alan xəbərlərə görə, yaponlara 20:00-dən sonra zərurət olmadan çölə çıxmamaq, restoranlara isə bu vaxta qədər işlərini dayandırmaq tövsiyə ediləcək. İşçilərin 70%-ə qədəri distant işləyəcək.