2 C
Baku
Saturday, December 14, 2024

Yaponiyanın Baş naziri son 41 ildə ilk dəfə İrana rəsmi səfərə yola düşüb

Yaponiyanın Baş naziri Şinzo Abe iyunun 12-də İrana rəsmi səfərə yola düşüb.

Səfər çərçivəsində onun İranın Ali rəhbəri Ayətullah Əli Xameneyi və Prezident Həsən Ruhani ilə görüşəcəyi gözlənilir.

“Yaxın Şərqdəki gərginlik narahtlıq yaradır. Beynəlxalq ictimaiyyətin məsələyə diqqətini nəzərə alaraq, öz imkanlarım daxilində həmin regionda sülhü və sabitliyin bərpasında rol oynamağa çalışacağam. Yaponiya ilə İran arasında ənənəvi dostluq münasibətlərinə arxalanaraq, Prezident Həsən Ruhani və Ali rəhbər Ayətullah Əli Xameneyi ilə gərginliyin azaldılması üçün açıq fikir mübadiləsi aparmaq niyyətindəyəm”, – deyə Ş.Abe uçuş rərəfəsində NHK telekanalına bildirib.

Xatırladaq ki, Yaponiyanın Baş naziri son dəfə 1978-ci ildə, şahın devrilməsindən və islam respublikasının elan edilməsindən qabaq İrana səfər edib.

Səfər zamanı müzakirələrin əsas mövzusunun İran ilə nüvə razılaşmasının saxlanmasının olacağı gözlənilir. Bu ərəfədə Pekinin İran neftini almaqdan imtina etməsi Vaşinqtonun daha böyük ticari anlaşmaya qoşulmasına imkan yaradır.

Mayın 8-də İran ABŞ-ın nüvə razılaşmasından çıxmasının bir ilinin tamam olması ərəfəsində bu razılaşmanın uranın zənginləşdirilməsi və ağır su ilə bağlı bəzi maddələrinin icrasını dayandırdığını bəyan edib.

Son xəbərlər
Digər xəbərlər