12 C
Baku
Thursday, March 28, 2024

Yaponiyanın Nikkei indeksi 1990-cı ilin rekordunu qırıb

Asiyanın ən böyük Tokio fond birjasının Nikkei indeksi 1990-cu ilin avqust ayının rekordunu qırıb.

Banker.az xəbər verir ki, bu barədə “Nihon Keizai Shinbun” (“The Nikkei”) qəzeti məlumat yayıb.

Qəzet indekslərin artmasını ABŞ-ın COVID-19 pandemiyasının səbəb olduğu böhrana qarşı mübarizə çərçivəsində iqtisadiyyatı stimullaşdırmaq üçün yeni dəstək paketini qəbul etməsi ilə əlaqələndirir. Birjadan verilən məlumata görə, indeks 1.89% artaraq 27 386 bəndə çatıb.

Dow Jones – 0.7% (30 404 bəndədək), S&P 500 – 0.9% (3 735 bəndədək), Nasdaq Composite – 0.7% (12 899 bəndədək) artıb.

Xatırladaq ki, keçən həftənin bazar günü ABŞ prezidenti Donald Tramp 2021-ci maliyyə ili üçün 2.3 trilyon dollarlıq büdcəni imzalayıb. Bu məbləğə həm də pandemiya şəraitində ölkə iqtisadiyyatına 900 milyard dollar dəstək paketi daxildir.

Nikkei indeksinin son rekordu 2018-ci ilin oktyabrında qeydə alınıb. Bu artım yenin zəifləməsi və ABŞ, Kanada və Meksika arasındakı ticarət danışıqlarının uğurla başa çatması sayəsində baş verib.

Lakin mütləq rekord 1989-ci il 29 dekabrda olub – həmin ildə indeks 38 min 957.44 yen səviyyəsinə çatıb, hərracların sonunda isə 38 min 915.87 yen göstəricisində qalıb.

Qoşmalar sahəsi

Son xəbərlər
Digər xəbərlər