Yaponiya bazar ertəsindən (28 dekabr –Red) etibarən koronavirusun yeni formasının aşkarlanması ilə əlaqədar xaricilər üçün ölkəyə girişi qadağan edəcək və bütün ölkələrin vətəndaşlarına yeni viza verilməsini dayandıracaq.
Bu barədə “TASS” xəbər verir.
Qadağalar ən azı gələn ilin yanvar ayının sonunadək qüvvədə qalacaq. Beləliklə, Yaponiyaya yalnız burada daimi yaşayan, uzunmüddətli vizaları olan şəxslər və ölkə vətəndaşları daxil ola biləcəklər.
Əgər hər hansı bir şəxs koronavirusun yeni növünün aşkar edildiyi ölkədən gəlirsə, mütləq mənfi test nəticəsini göstərməlidir. Bununla belə, hava limanı ərazisində də yenidən virusla bağlı test götürüləcək.
Ayrıca, hökumətlərarası müqavilələrə uyğun olaraq Çin, Cənubi Koreya, Tayland, Vyetnam, Sinqapur, Malayziya daxil olmaqla Asiyanın 11 ölkəsindən və bölgələrindən iş adamları Yaponiyaya daxil ola biləcək.