14 C
Baku
Thursday, May 2, 2024

Yaxın Şərqin ən varlı qadını – Şari Arison

Təvəllüd: 1957

Anadan olduğu yer : Nyu-York

Vətəndaşlıq: İsrail

Şari Arison bir sıra nəhəng şirkətlərin sahibidir. Bunların arasında ən böyük şirkət Hapoalim bankı hesab edilir. Forbes jurnalı Şarinin Yaxın Şərqdə ən varlı qadın olduğunu və iyirmidən artıq titullara layiq görülən yeganə xanım olduğunu açıqlayıb.

Şeri Arison 1957-ci ildə Nyu-Yorkda anadan olub. O, biznesmen Tedi Arisonun qızıdır. 1966-cı ildə Şerinin valideynləri boşanırlar və Şeri anası ilə birlikdə İsrailə getməyə qərar verir. 12 yaşında olanda Şari ABŞ-a qayıdır, bir müddət atası ilə yaşadıqdan sonra yenidən İsrailə qayıdır. Və orada hərbi xidmətə gedir. 1999-cu ildə Arisonun atası vəfat edir və ona mülkiyyətinin 35%-ni vəsiyyət edir.

Bugünkü gündə Şari Arisonun sərvəti 5 milyard dollar təşkil edir. Onun əsas fəaliyyəti Hapoalim bankı ilə bağlıdır. Bu bank İsraildə yetərincə şöhrət qazanıb. Həmçinin Arison dörd uşaq anasıdır (o üç dəfə evli olub).

Hapoliam bankının öz tarixçəsi var. Onun əsası 1921-ci ildə Beynəlxalq Sionist Təşkilatı (WorldZionistOrganization) və milli həmkarlar ittifaqı – Histadrut – tərəfindən qoyulub. Getdikcə bank inkişaf etməyə başlayırdı və artıq bir müddətdən sonra onun ABŞ-da (Nyu-York, Mayami), Avropada ( İsveçrə, Lüksemburq), Cənubi Amerikada və Kayman adalarında filialları var idi.

20100423163232339

1983-cü ilə qədər bank Histadrut təşkilatına məxsus idi, lakin böhrandan sonra müdriyyət tərəfindən Ted Arison başda olmaq şərti ilə bir sıra investorlara satılır. Həmin gündən etibarən bankın strukturu dəyişilib, bank inkişaf edib, genişlənib və nəticədə İsrailin ən əhəmiyyətli təşkilatlarından birinə çevrilib.

Həmçinin Şari Arisona ArisonHoldings&action şirkəti də məxsusdur.

Biznesdə qazandığı müvəffəqiyyətlərə baxmayaraq, Şari uğursuzluqlar da yaşayıb. Məsələn, 2003-cü ildə Hapoalim bankından 900 çalışan işdən azad edildiyi zaman israilli biznes ledi cəmiyyət tərəfindən böyük qınağa məruz qalmışdı.

Son xəbərlər
 ⁠
Digər xəbərlər