17 C
Baku
Saturday, May 18, 2024

Yelo Bank ağacəkmə kampaniyasında iştirak etdi

®Yelo Bank korporativ sosial məsuliyyət çərçivəsində ölkədə ekoloji mühitin inkişafı istiqamətində həyata keçirilən tədbirlərə qatılmağa davam edir. 



Bu dəfə 11 aprel tarixində Yelo Bank-ın rəhbər və işçi heyəti “Yaşıl Marafon” ağacəkmə kampaniyasına qatıldılar. Kampaniya çərçivəsində Bakı şəhəri, Müşfiqabad qəsəbəsində yerləşən 50 hektarlıq ərazidə maliyyə assosiasiyalarının iştirakı ilə müxtəlif ağaclar əkildi. Ərazidə həmçinin damla-suvarma sistemi də qurulub. 

Qeyd edək ki, Marafon IDEA İctimai Birliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Banklar Assosiasiyasının (ABA) birgə təşkilatçılığı ilə keçirilib. Marafonda Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 6000-ə yaxın eldar şamı və zeytun ağacı əkilib.

AF6O3329 AF6O3320 AF6O3291 AF6O3288 AF6O3279 AF6O3269 AF6O3261

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın cavablandıraq!  

Yelo Bank – Parlaq bankçılıq! 

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər