Yen dollara qarşı son 40 ilin minimumuna düşüb

Çərşənbə axşamı Tokio valyuta bazarında yapon yeni yenidən dollar qarşısında zəifləyərək qısa müddətə 1 dollar üçün 162 yen səviyyəsinə enib. Bu göstərici sonuncu dəfə 1986-cı ilin dekabrında qeydə alınmışdı. Bu barədə “Yomiuri” nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, ABŞ-nin Federal Ehtiyatlar Sisteminin (FED) faiz dərəcələrini artıracağı ilə bağlı gözləntilər güclənib. Yaponiya və ABŞ arasında faiz dərəcələri fərqinin daha da artacağı ilə bağlı narahatlıqlar fonunda investorlar yen sataraq dollar almağa üstünlük verirlər.

Bu tendensiya yapon valyutasına təzyiqi artıraraq onun məzənnəsinin son təxminən 40 ilin ən aşağı səviyyəsinə yaxınlaşmasına səbəb olub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər