7 C
Baku
Thursday, December 12, 2024

Yeni ərazilərin Rusiyaya birləşməsinin mümkün tarixi açıqlanıb

Donetsk və Luqansk Xalq Respublikalarının, eləcə də Ukraynanın Xerson və Zaporojye vilayətinin Rusiyaya birləşməsi sentyabrın 30-da baş tuta bilər. Rusiyanın Dövlət Dumasının məlumatına görə, Prezident Vladimir Putin yeni regionların birləşməsi prosedurunda iştirak edə bilər.

Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

“Referendumun ilkin nəticələrini nəzərə alsaq, ərazilərin birləşməsi proseduru sentyabrın 30-da baş tutacaq”, –  mesajda deyilir.

Daha əvvəl Dövlət Duması bildirmişdi ki, yeni ərazilərin birləşməsi ilə bağlı qanun layihələri sentyabrın 28-də təqdim oluna, sentyabrın 29-da isə qəbul edilə bilər. Qeyd edək ki, DXR, LXR, Xerson və Zaporojye vilayətlərində sentyabrın 23-dən 25-dək Rusiyanın tərkibinə daxil olmaq üçün referendumlar keçirilir.

Son xəbərlər
Digər xəbərlər