6 C
Baku
Sunday, December 15, 2024

Yeni artımla fərdi sahibkarlar nə qədər sosial haqq ödəyəcəklər?

“Sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlarımızın ödədiyi sosial haqların məbləği minimum əməkhaqqı ilə bağlıdır. Bu il yanvarın 1-dən minimum əməkhaqqı artırıldığı üçün sosial haqların məbləğində dəyişikliklər də baş verdi”.

Bu barədə millət vəkili, iqtisadçı Vüqar Bayramov öz sosial şəbəkə hesabında yazıb.

Deputat bildirib ki, əhalinin sosial təminatının daha gücləndirilməsi üçün minimum əməkhaqqının mütəmadi artırıldığını nəzərə alaraq sahibkarlar üçün differensial sosial haqqların müəyyənləşdirilməsi daha məqsədəuyğun olardı:

“Sosial haqlar üzrə faizlərin sahibkarların əldə etdiyi gəlirə uyğunlaşdırılması və nisbətən az daxilolmaları olan fiziki şəxslərin daha aşağı faizli sosial sığortaya cəlbi məqsədəuyğundur. Bu nəticədə, minimum əməkhaqqı məbləğləri artırılanda daha az gəliri olan sahibkarların sosial sığorta ödənişlərində nisbətən az artımla müşahidə oluna bilər”.

Onun sözlərinə görə, müraciətlərin sayı nəzərə alınaraq cari ilin yanvarın 1-dən tətbiq olunacaq sosial sığorta haqqlarının yeni məbləğləri belə olacaq:. 

Bakı şəhəri üzrə: 

– Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar – 172.5 manat;

– Digər sahələrdə çalışan sahibkarlar – 86.25 manat.

Sumqayıt və Gəncə şəhərlərində çalışanlar üçün:

– Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar – 155.25 manat;

– Digər sahələrdə çalışan sahibkarlar – 77.62 manat.

Digər şəhərlərdə çalışanlar üçün:

– Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar – 138.0 manat;

– Digər sahələrdə çalışan sahibkarlar – 69.0 manat.

Rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə: 

– Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar – 103.5 manat;

– Digər sahələrdə çalışan sahibkarlar – 51.75 manat.

Kənd yerlərində: 

– Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar – 86.25;

– Digər sahələrdə çalışan sahibkarlar – 43.12 manat.

Muzdlu işçi cəlb etmədən məşğul olan fiziki şəxslər üçün sosial sığorta haqlarında dəyişikliklər olacaq;

– Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət – 17.25 manat;

– Fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət – 17.25 manat;

– Çəkməçi, pinəçi – 10.35 manat;

– Saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri – 10.35 manat;

– Fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) – 10.35 manat;

– Nəqqaşlıq emalatxanalarının fəaliyyəti – 10.35 manat;

– Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər – 10.35 manat;

– Fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər – 10.35 manat.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər