7 C
Baku
Thursday, December 12, 2024

Yeni nəsil “Asan İmza” şəxsi kabineti istifadəyə verilib

Bu ilin mart ayından etibarən e-taxes.gov.az portalında “Asan İmza” şəxsi kabineti istifadəyə verilib. O, həm kompüterlərdə, həm də planşet və smartfonlarda əlçatandır.

Banker.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Şəxsi kabinetdə “Asan İmza” istifadəçisinə istifadəçiyə məxsus olan bütün “Asan İmza” sertifikatlarının etibarlılıq müddəti barədə ətraflı məlumat almaq, əlavə “İş” və ya “Dövlət” tipli sertifikatlar üçün onlayn ərizə ilə müraciət etmək, qüvvədə olan sertifikatların etibarlılıq müddətini artırmaq, istifadəçilər tərəfindən İstifadəçi ID-nin, PİN kodlarını dəyişdirmək və istifadəçi tərəfindən “Asan İmza” ilə bütün imzalanmış tranzaksiyaları (PIN 2) monitorinq etmək imkanını yaradır.

“Asan İmza” şəxsi kabinetinin əsas funksiyalarından biri də yalnız müəssisə və təşkilat rəhbərləri üçün nəzərdə tutulmuş “icazələr”in idarə edilməsidir.

Bundan başqa, artıq istifadəçilərin “Asan İmza” sertifikatlarının etibarlılıq müddətlərini yadda saxlamağa ehtiyac yoxdur, sistem əvvəlcədən bildirişləri proaktiv formada göndərir. Şəxsi kabinetdə virtual köməkçi vasitəsilə qüvvədə olan “Vətəndaş” sertifikatı ilə “İş” və ya “Dövlət” sertifikatlarının əldə edilməsi üçün müraciət etmək də mümkündür. Həmçinin istifadəçilər “Asan İmza” İstifadəçi ID-sini əlavə proqram təminatı istifadə etmədən şəxsi kabinetdə dəyişdirə bilərlər. İnnovativ xidmətlərin siyahısı daim yenilənir.

Qeyd edək ki, mobil rəqəmsal imza üçün bu qədər fərqli innovativ xidmətlərin birləşdiyi belə bir şəxsi kabinet unikaldır və indiyə kimi heç yerdə istifadə edilməyib. “Asan İmza” texnologiyası gücləndirilmiş elektron rəqəmsal imzanın dünya standartlarına uyğun yaradılıb və NIST (Milli Standartlar və Texnologiyalar İnstitutu, ABŞ), Avropa İttifaqı tənzimləyicisi – eIDAS kimi dünyanın aparıcı təşkilatları tərəfindən tanınıb və OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) tərəfindən ən innovativ təcrübə kimi təqdim olunub.

Son xəbərlər
Digər xəbərlər