“Paşa Holdinq”in iki sığorta şirkətinin ümumilikdə cari ilin ilk 5 ayında sığorta yığımlarına görə cəmi bazar üzrə payı 54,98% təşkil edib və 175,54 mln.manatlıq sığorta haqqı yığa biliblər
Banker.az Maliyyə Bazarlarına Nəzarət Palatasının yanvar-may ayları üzrə icmal göstəricilərinə istinad edir.
Söhbət “Paşa Sığorta” ASC və “Paşa Həyat” Sığorta Şirkəti ASC-dən gedir. Ötən ilin eyni dövründə iki sığorta şirkətinin sığorta yığımları üzrə bazarda ümumi payı 58,98% təşkil edirdi.
“Paşa Həyat” cari ilk 5 ay ərzində 94,12 mln. manat, “Paşa Sığorta” isə 81,41 mln. manatlıq sığorta haqları yığıb.
Əsas azalma Respublikanın həyat sığorta bazarının kəskin fərqlə azalması və bu bazar üzrə əsas pay sahibi olan “Paşa Həyat”a da təsir etməsi olub. Belə ki, bu sığortaçı 2018-ci ilin eyni dövründə 128,91 mln. manatlıq sığorta haqqı əldə etmişdi.
“Paşa Sığorta” isə bu il daha çox yığım əldə edib. Bu ötən il 78 mln. manat təşkil edirdi.
Bildirək ki, həyatın yığım sığortasına ödənilən məbləğlər əvvəllər tam həcmdə gəlir vergisindən azad edilirdi. Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları fiziki şəxslərin gəlir vergisindən azaddır. Eyni məhdudiyyət sosial sığorta haqları üzrə də mövcuddur.
2019-cu ilin yanvar may ayları üzrə sığorta haqları toplayan şirkətlər:
Sığortaçının adı |
Sığorta Haqları (min manatla) |
“Paşa Həyat Sığorta” |
94,118.3 |
“Paşa Sığorta” |
81,416.4 |
AzərSığorta Kommersiya Şirkəti |
34,501.1 |
“Atəşgah Həyat” Sığorta Şirkəti |
16,945.1 |
“Atəşgah” Sığorta Şirkəti |
14,273.0 |
“Meqa Sığorta” |
13,445.3 |
“Qala Sığorta” |
11,567.8 |
“Xalq Sığorta” |
11,132.4 |
“İpək Yolu Sığorta” |
8,094.5 |
“AtaSığorta” |
8,006.9 |
“AZSIĞORTA” |
6,190.8 |
“Qala Həyat” Sığorta Şirkəti |
5,011.8 |
“Standard Insurance” |
3,733.9 |
“A-Qroup Sığorta Şirkəti” |
3,570.3 |
“Azərbaycan Sənaye Sığorta” |
2,306.6 |
“Günay Sığorta” |
1,866.7 |
“Rəvan Sığorta” |
1,059.3 |
“AXA MBASK” Sığorta Şirkəti |
999.0 |
“Bakı Sığorta” |
448.2 |
“Amrah Sığorta” |
227.2 |
“Naxçıvansığorta” |
181.4 |
“Xalq Həyat” Sığorta Şirkəti |
176.4 |