13 C
Baku
Friday, April 26, 2024

Yeni tikililərdə mənzillər niyə ucuzlaşmır? – Açıqlama

Bakı şəhərində yeni tikililərin təklif portfelindəki payının artmasına baxmayaraq, onların qiyməti azalmır.

Bunu Sputnik-ə açıqlamasında Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

O bildirib ki, yeni tikililərin sayı artsa da, qiymətləri də yüksəlir. Bu da ona görədir ki, yeni tikililərdə qiymətlərin azalması üçün iqtisadi əsaslanma mövcud deyil. Eyni zamanda, qiymətə mənzil tikinti koorparativlərinin rəhbərləri nəzarət edir. Onlar subyektiv mülahizələrinə əsaslanıb qiymət siyasəti həyata keçirirlər: “Tikinti şirkətlərinin kifayət qədər kənar maliyyə resursları olduğuna görə onlar qimyət siyasətində bir istiqamətli xətt yürüdürlər. Onlar təklif və tələb şərtlərini nəzərə almadan qiymət siyasəti həyata keçirirlər. Ona görə də mən düşünmürəm ki, köhnə tikililərin yerində yeni hündürmərtəbəli binaların tikilməsi mənzillərin qiymətinə təsir edəcək”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər