“Bank Silk Vey”Açıq Səhmdar Cəmiyyəti artıq “Premium Bank” Açıq Səhmdar Cəmiyyəti adı altında xidmətinizdədir.
Son illərdə bir çox yeniliklərə və iri həcmli layihələrə imza ataraq sürətlə inkişaf edən, Bank və maliyyə sektorunda özünəməxsus yeri ilə geniş müştəri kütləsinə sahib olan “Bank Silk Vey” ASC bu ənənəyə sadiq qalaraq növbəti yeniliyə addım atmış, adının dəyişdirilməsinə qərar vermişdir. Belə ki, “Bank Silk Vey”Açıq Səhmdar Cəmiyyəti artıq “Premium Bank” Açıq Səhmdar Cəmiyyəti adı altında fəaliyyətini davam etdirir.

Hörmətli müştərilərimiz,
Nəzərinizə çatdırmaq istərdik ki, 23 noyabr 2018-ci il tarixindən etibarən “Bank Silk Vey” Açıq Səhmdar Cəmiyyəti, “Premium Bank” Açıq Səhmdar Cəmiyyəti adı altında fəaliyyətini davam etdirəcəkdir.
Bankın adının dəyişməsi onu müştərilər, əməkdaşlıq etdiyi tərəflər qarşısında yaranmış hüquq və öhdəliklərdən azad etmir, istifadədə olan kart məhsullarının xidmətini dayandırmır və bankın rekvizitləri (VÖEN, SWIFT kod, müxbir hesab, ünvan, əlaqə nömrələri və sair) dəyişməz olaraq saxlanılır.
Yeni ad altında yeniliklərə imza atmaq arzusu ilə yolunuzu gözləyirik dəyərli müştərilərimiz!
HÖRMƏTLƏ,
“Premium Bank” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi.







