15 C
Baku
Saturday, April 27, 2024

Yer altından 2 trilyon ton su çıxarılıb, Yerin fırlanma bucağı dəyişib

Yeni araşdırmaya görə, 1993-2010-cu illərdə suvarma və içmə məqsədi ilə yer altından ümumilikdə 2 trilyon ton su çıxarılıb.
20 il ərzində yeraltı sulardan istifadənin kəskin artması nəticəsində Yer kürəsinin fırlanma bucağı 80 santimetr şərqə doğru əyilib, tədqiqatçılar bildirib.
Coğrafi qütblərdəki əyilməni araşdıran tədqiqatçılar yeraltı suların təsiri olmadan bunun baş verməsini qeyri-mümkün sayırlar.
Seul Milli Universitetinin Yer elmləri üzrə professoru Ki-Weon Seo BBC Türkcəyə açıqlamasında deyib ki, yeraltı sulardan istifadə Yerin fırlanma bucağının dəyişməsində önəmli rol oynayıb.
Onların araşdırmalarına görə, istifadə edilən yeraltı suların çox hissəsi dənizlərə axıdılır. Bu isə o deməkdir ki, böyük su kütləsi insanların müdaxiləsi ilə yerini dəyişir və nəticədə dənizlərdə suyun səviyyəsi artır.
Təxmini hesablamalar göstərir ki, su kütləsinin yerinin dəyişməsi nəticəsində dəniz səviyyəsi 6 millimetr yüksəlib.
Dünyada suyun paylanmasında müşahidə edilən dəyişiklik Yerin ağırlıq mərkəzlərini də tədricən dəyişir.
NASA-nın alimlərindən biri Surendra Adhikari Amerika Geoloji Cəmiyyətinə verdiyi açıqlamasında “dünyanın fırlanma bucağının ildə bir neçə metr dəyişdiyini” bildirsə də, o, yeraltı sulardan istifadənin fəsillərin dəyişməsinə hər hansı risk yaratmadığı qənaətindədir.
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər