10 C
Baku
Thursday, December 12, 2024

Yer planeti haqqında 10 maraqlı fakt

Planetimiz haqqında nə bilirik?

Yer adətən mükəmməl bir kürə kimi təsəvvür edilir, lakin əslində Yer ellips şəklindədir. Yer qütblərə doğru yastılaşır, ekvatora doğru isə qabarır.

Bu effekt Yerin cazibə qüvvəsi və öz oxu ətrafında fırlanması nəticəsində yaranır. Beləliklə, ekvatorda Yerin diametri qütblər arası olan diametrdən təxminən 43 km uzundur.

2. Yer kürəsinin təxminən 70 faizi su ilə örtülüb

Yerdəki su bərk, maye və qaz halındadır.

Buz örtüyü, göl, çay, bataqlıq, dəniz və okeanlar şəklində Yer səthinin təxminən dörddə üçü su ilə örtülüb.

Bu suyun təxminən 97 faizi okeanlarda duzlu su şəklindədir.

3. Kosmos yerdən təxminən 100 km yüksəklikdə başlayır

Atmosfer və kosmos arasındakı sərhəd dəniz səviyyəsindən 100 km yüksəklikdən keçir.

Atmosfer kütləsinin təxminən 75 faizi onun ilk 11 km-də yerləşir.

4. Yerin nüvəsi dəmirdən ibarətdir

Yer Günəş sistemində beşinci ən böyük planetdir.

Yerin nüvəsinin təxminən 1200 km radiusu olduğu və təxminən 85 faizinin dəmirdən, 10 faizin isə nikeldən ibarət olduğu güman edilir.

5. Yer həyat olan yeganə planetdir

Yer kainatda həyat olan yeganə məlum astronomik obyektdir.

Yer təxminən 4,5 milyard il əvvəl yaranıb, onun geoloji tarixi və peykləri milyonlarla ildir burada həyatın mövcud olmasına imkan verib.

Yer üzərində təxminən 1,2 milyon qeydə alınmış heyvan növü qeydə alınıb.

6. Yerin cazibə qüvvəsi hər yerdə eyni deyil

Yer planeti mükəmməl bir kürə olmadığı üçün kütlə bərabər paylanmır və cazibə qüvvəsi müxtəlif yerlərdə eyni deyil.

Məsələn, ekvatordan qütblərə doğru hərəkət etdikcə, cazibə qüvvəsinin intensivliyi tədricən artır. Ancaq insan bu cüzi fərqi hiss etmir.

7. Yer kontrastlar planetidir

Coğrafi bölgələrin və iqlimlərin müxtəlifliyi hər bir bölgənin özünəməxsus xüsusiyyətlərinə malik olmasına gətirib çıxarır.

Dünyanın ən isti yerləri sayıla biləcək bir neçə yer var. İndiyə qədər qeydə alınan ən isti yer ABŞ-dakı Ölüm Vadisidir, burada 10 iyul 1913-cü ildə termometr 56,7C dərəcə istini göstərib.

Yer üzündə ən aşağı temperatur isə Antarktidada 1983-cü il iyulun 31-də “Vostok” stansiyasında qeydə alınıb: -89,2C dərəcə şaxta.

8. Yer üzündəki ən böyük yaşayış mühiti

Avstraliya sahillərində yerləşən Böyük Sədd mərcan rifi planetdəki canlı orqanizmlərin kosmosdan görünən ən böyük strukturudur.

Bu ərazinin uzunluğu 2000 km-dən çoxdur və orada minlərlə dəniz orqanizmi yaşayır.

1981-ci ildə mərcan rifi YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.

9. Yer Günəş sistemində aktiv tektonik plitələrə malik yeganə planetdir.

Bu plitələrin hərəkəti Yerin səthinin dəyişməkdə olduğunu göstərir.

Bu plitələr həm də dağların, seysmik proseslərin və vulkanların əmələ gəlməsinə cavabdehdir.

Plitələrin hərəkətliliyi, okean dibinin davamlı yenilənməsi ilə karbon dioksid kimi istixana qazlarının təkrar dövriyyəsini təmin edir və eyni zamanda Yerin istiliyinin tənzimlənməsində mühüm rol oynayır.

10. Yerin qoruyucu qalxanı var

Yerin maqnit sahəsi Günəşin yüksək enerjili hissəciklər tərəfindən davamlı bombardmanına qarşı qalxan rolunu oynayır.

Bu sahə Yerin daxili nüvəsindən günəş küləyi ilə toqquşduğu sərhədə qədər uzanır.

İnsan və eləcə də bəzi heyvanlar Yerin maqnit sahəsindən naviqasiya məqsədləri üçün istifadə edir.

Son xəbərlər
Digər xəbərlər