“Məhdudiyyətsiz”, “Xəbərdarlıq” və “Gücləndirilmiş laborator nəzarət” statusu ilə ixracatçıların reyestrinə daxil edilmiş və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən yoxlamadan keçməmiş Rusiya müəssisələri məhsul tədarükünü 2024-cü il yanvar ayının 1-dən sonra da davam etdirə bilər.
Bu barədə “Rosselxoznadzor”ın məlumatında bildirilir.
“Qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Rusiyanın qida məhsullarının təhlükəsizliyinə rəsmi nəzarət sisteminin ekvivalentliyinin qiymətləndirilməsi prosedurunun başlaması ilə əlaqədar qəbul edilib”, – deyə məlumatda bildirilir.