“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin yeni tərkibi açıqlanıb.
Bu barədə Azərbaycan Prezidentinin bugünkü sərəncamında deyilir.
“Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli sərəncamın 2-ci hissəsində Təşkilat Komitəsinin tərkibi aşağıdakı redaksiyada verilib:
“Təşkilat Komitəsinin sədri
Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri
Təşkilat Komitəsinin üzvləri
Anar Ələkbərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi
Fərid Qayıbov – Azərbaycan Respublikasının gənclər və idman naziri
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Emin Əmrullayev – Azərbaycan Respublikasının təhsil naziri
Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri
Sahil Babayev – Azərbaycan Respublikasının əmək və əhalinin sosial
müdafiəsi naziri
Məleykə Abbaszadə – Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin
Direktorlar Şurasının sədri
Ülvi Quliyev – Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Balakişi Qasımov – İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş
direktoru.”.
Bundan öncə siyahı belə idi:
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının vergilər naziri
Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri
Ceyhun Bayramov – Azərbaycan Respublikasının təhsil naziri
Sahil Babayev – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Anar Ələkbərov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Ülvi Quliyev – Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Məleykə Abbaszadə – Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri
Balakişi Qasımov – İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru.