16 C
Baku
Friday, April 19, 2024

Zelenski: “Düşmənin bir nömrəli hədəfiyəm”

“Aldığımız məlumata görə, düşmən məni bir nömrəli hədəf olaraq müəyyən edib. Ailəm isə iki nömrəli hədəfdir. Dövlət rəhbərini yox edərək Ukraynanı siyasi olaraq yox etmək istəyirlər”.

Banker.az xəbər verir ki, bunu Ukrayna Prezidenti V.Zelenski açıqlamasında deyib.

Dövlət başçısı Rusiyaya qarşı ölkənin müdafiəsində tək qaldıqlarını vurğulayıb, Ukraynaya təkcə sözlə deyil, müəyyən şəkildə dəstək olan ölkələrə də minnətdar olduqlarını bildirib.

Zelenski Moskvadan bitərəflik statusu ilə bağlı danışıqlara hazır olduqları ilə bağlı gələn açıqlamaya işarə edib: “Ukraynanın bitərəflik statusu haqqında danışmaq istəyirlər. Bütün ortaqlarıma deyirəm: ölkəmizin taleyi indi müəyyən olunur. Onlardan soruşuram: bizimləsinizmi? Bunu bizimlə birlikdə cavablayrlar. Amma bizi NATO-ya qəbul etməyə hazır deyillər”.

Avropadakı 27 liderin qorxduğunu vurğulayan Zelenski “Hamı qorxur və biz qorxmuruq. Rusiya ilə bitərəflik statusunu danışmaqdan qorxmuruq. Ancaq bizim hansı təhlükəsizlik qarantiyalarımız olacaq? Bunu hansı ölkələr təmin edəcək?”-deyib və əlavə edib: “Amma indi ölkənin taleyi tamamilə ordumuzdan və təhlükəsizlik qüvvələrimizdən asılıdır”.

Son xəbərlər
Digər xəbərlər