6 C
Baku
Sunday, December 15, 2024

“Zıraat Bank (Azerbaijan)”da yeni təyinat olub

“Zıraat Bank (Azerbaijan)” ASC-nin İdarə Heyətinə (İH) yeni üzv seçilib. Bu barədə Bankdan məlumat verilib.

Məlumata görə, bu vəzifəyə Fərid Əliyev gətirilib. O, indiyə qədər Bankın Xəzinədarlıq və maliyyə Departamentinin direktoru olub.

Bununla belə, F.Əliyev hələ ki, vəzifə səlahiyyətlərinin icrasına başlamayıb. O, Maliyyə Bazarlarına Nəzarət Palatasının Attestasiya Komissiyasında attestasiyadan keçməlidir.

Xatırladaq ki, F.Əliyevdən əvvəl İH-nin üzvü Alptekin Sarıgöl olub. O, bu ilin aprelində işdən çıxıb və hazırda “Zıraat Bank”ın Türkiyədəki filiallarından birinə rəhbərlik edir.

“Zıraat Bank (Azerbaijan)”ın İH-nin sədri Avni Dəmirçi, digər üzvü isə Vüqar Rəfiyevdir.

Report

Son xəbərlər
Digər xəbərlər